EN

Trampdan deportasiya addımı - Bu şəxlər ölkədən kənarlaşdırılacaq

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp fövqəladə vəziyyət elan etməklə və ordu birləşmələrindən istifadə etməklə ABŞ-dən qeyri-qanuni miqrantların kütləvi şəkildə deportasiyası proqramını həyata keçirməyə hazırlaşdığını bildirib. 

 

Sfera.az xəbər verir ki, bu barədə siyasətçi özünün "Truth Social" sosial şəbəkəsində məlumat verib.

 

Tramp seçki ritorikasında dəfələrlə vəd edib ki, o, ABŞ-də qeyri-qanuni yaşayan insanlara, eləcə də Ağ Evin hazırkı sahibinin administrasiyasının qəbul etdiyi proqramlar çərçivəsində ABŞ-yə qanuni yolla daxil olanlara qarşı sərt tədbirlər görəcək. 

 

Risk qrupları arasında Trampın və onun tərəfdaşlarının təhdid hesab etdiyi şəxslər var: hərbi yaşda olan Çin vətəndaşları, məhkum olunmuş cinayətkarlar, CHNV proqramı çərçivəsində ABŞ-də olan Kuba, Haiti, Nikaraqua və Venesueladan olan qaçqınlar, Latın Amerikasından olan miqrantlar.

 

İlk prezidentlik müddətində Tramp artıq miqrasiya ilə mübarizə üçün prezident səlahiyyətlərindən istifadə edib: ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət tətbiq etmək və ABŞ ordusundan iki ölkə arasında divar qurmaq üçün istifadə etmək.

 

Donald Tramp noyabrın 5-də ABŞ-də keçirilən prezident seçkilərində qalib gəlib və 2025-ci il yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq. Trampın rəqibi Bayden administrasiyasında ABŞ-nin vitse-prezidenti Kamala Harris olub.

 

İnci 

Chosen
30
sfera.az

1Sources