EN

"Yer kürəsinin relyefi dəyişə bilər..." — Dünyanı gözləyən təhlükə

COP29 çərçivəsində keçirilən tədbirlərdə iqlim dəyişikliyinin insan sağlamlığına təsirləri də müzakirə olunur. Qeyd olunub ki, iqlim dəyişikliyi hər kəsin, xüsusilə də uşaqların sağlamlığı üçün böyük riskdir. Niderlandın gənclər və idman naziri Vinsent Karremans COP29 çərçivəsində "İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişaf Təşəbbüsü" mövzusunda keçirilən birgə iclasda çıxışı zamanı deyib ki, sağlamlıq və iqlim dəyişikliyi arasında çox əhəmiyyətli əlaqə var. O bildirib ki, iqlim dəyişikliyi ilə mübarizə apararkən və emissiyaları azaldarkən insan sağlamlığına da nəzər yetirmək lazımdır: "Misal olaraq, Avropanın ən böyük limanı olan Rotterdamda güclü yağış və ekstremal istiliklə mübarizə aparmaq üçün daha çox "yaşıl" infrastruktur üzərində işləyirik. Yaşıllıqların çox olmasının böyük faydası var. Çünki bu, təmiz hava yaradır, insanları idmanla məşğul olmağa, uşaqları oynamağa, qaçmağa sövq edir. Bu gün Niderlandın Səhiyyə Nazirliyi bu istiqamətdə layihələri maliyyələşdirir və dəstəkləyir, çünki bu, iqlim dəyişikliyi ilə mübarizədə çox aktual məsələdir", - deyə niderlandlı nazir vurğulayıb. 

Professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında deyib ki, iqlim problemləri davam edərsə, insanlıq və bəşəriyyət böyük təhlükə ilə üzləşə bilər: 

"Əslində bu prosesin adı iqlim dəyişikliyi yox, başqa cür qoyulmalıdır. Bu, Yer kürəsinin istilik tənzimlənməsinin pozulmasıdır. Bu, insan fəaliyyətinin nəticəsidir. Sənayeləşmə, avtomobillərdən istifadənin çoxalması və digər çoxsaylı səbəblərdən karbon qazı havaya buraxılır. Bu proseslər fonunda atmosferin çirklənməsi addımbaddım davam edir. İnsanlar özləri iqlim dəyişikliklərində birbaşa günahkardırlar, flora və faunanı məhv edirlər. Bu da onların özlərinə qarşı çevrilir. İqlim dəyişikliyinin qarşısını almaq üçün müzakirə olunan tədbirlər yetərli deyil. Biz yeni üsullar tapmalıyıq, alternativ enerji mənbələri tapmalıyıq. Bununla yanaşı insanların təbiətə qarşı vəhşi münasibətinə ciddi nəzarət olunmalıdır. Əks halda, Yer kürəsi böyük təhlükə qarşısında qalacaq. Əgər temperatur 2 dərəcədən çox artarsa, Yer kürəsinin relyefi dəyişə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
23
5
olaylar.az

6Sources