EN

G20 sammitində “Aclıq və Yoxsulluqla Mübarizə üzrə Qlobal Alyans” yaradılıb

G20 sammitində Rusiya Braziliyanın təşəbbüsü ilə yaradılmış “Aclıq və Yoxsulluqla Mübarizə üzrə Qlobal Alyansa” qoşulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Braziliya prezidenti İnasio Lula da Silva bildirib ki, hazırda alyansa 81 ölkə, 26 beynəlxalq təşkilat, 9 maliyyə institutu və 31 qeyri-hökumət təşkilatı və xeyriyyə təşkilatı qoşulub.

G20 ölkələrindən yalnız Argentina yoxdur.

Qlobal Alyansın yaradılması təşəbbüsü bu il G20-yə sədrlik edən Braziliya tərəfindən qoyulub. Məqsəd dövlət siyasəti alətləri və sübut edilmiş texnologiyalar vasitəsilə aclıq və yoxsulluğu azaltmaqdır.

Chosen
33
operativmm.az

1Sources