EN

"Cüzi də olsa, şans varsa..." - Santuş hücum futbolu vəd etdi

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Millətlər Liqasının 6-cı turunda İsveç yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis belə danışıb:

"Əlbəttə, hər oyuna qələbə istəyi ilə çıxırıq. Son 3 matçda nəticə qazana bilməsək də, yığma məzmunlu oyun nümayiş etdirdi. Millimizin oyunları göstərir ki, doğru yoldayıq. Sabahkı görüşdə müdafiə olunmaq barədə yox, hücum etmək haqda düşünürük. Təəssüf ki, gəldiyim vaxtdan bu yana qələbə qazana bilməmişik. Ancaq inanıram ki, tez bir zamanda uğursuzluq zolağından çıxacağıq".

69 yaşlı mütəxəssis start "11-lik"də müəyyən dəyişikliklərin ola biləcəyini vurğulayıb:

"Sabahkı qarşılaşmada müəyyən dəyişikliklər ola bilər. Çünki futbolçular tez-tez oyunlara çıxırlar, bəziləri yorulur. Estoniya və İsveç yığmaları oyunlarına görə fərqlənirlər".

O, C Liqasında qalmaq üçün əllərindən gələni edəcəklərini deyib:

"Cüzi də olsa, şans varsa, biz bunun uğrunda mübarizə aparmalıyıq. Heç kim görüşdən əvvəl məğlub olmur. Təbii ki, mübarizə aparacağıq. Necə ki, biz son matçda əlimizdən gələni etdik. İsveç komandası keyfiyyətli futbolçulardan təşkil olunub. Özümüzə inanmalı və çalışmalıyıq ki, uğurlu nəticə qazanaq".

Qeyd edək ki, noyabrın 19-da Solna şəhərindəki “Friends Arena”da keçiriləcək İsveç – Azərbaycan matçının start fiti Bakı vaxtı ilə saat 23:45-da səsləndiriləcək.

Nihat

Chosen
5
fanat.az

1Sources