EN

Astara və Sumqayıtdan kişi meyitləri tapıldı VİDEO

Bu gün səhər saatlarında Astara rayonunun Pensər kəndi ərazisində Pensərçayda kişi meyiti aşkarlanıb.

Xezerxeber.az-ın xəbərinə görə, məlum olub ki, tapılan meyit 74 yaşlı Allahbağış Əliyarova aiddir. O, həvəskar  balıqçı olub. Allahbağış Əliyarov 4 gün əvəl Pensərçaya qırmaqla balıq tutmağa gedib. Elə bu zaman da ayağının sürüşüb suya düşdüyü ehtimal olunur. Çayda suyun çox olmasının isə onun ölümünə səbəb olduğu güman edilir.

Sumqayıtda  isə mənzildən  kişi meyiti tapılıb. Hadisə 26-cı məhəllədə baş verib. Belə ki, 69 yaşlı Dadaş  Nəzərovun meyiti tək yaşadığı ünvanda aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olub.

Mərhumun oğlu isə onun mənzildə yıxılaraq öldüyünü ehtimal edir. Hər iki fakt araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
63
1
xezerxeber.az

2Sources