EN

"Ukrayna ATACMS raketlərindən istifadə etsə..." - Moskvadan reaksiya

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ prezidenti Co Baydenin Kiyev rejiminə Rusiyanın dərinliklərinə uzaqmənzilli ATACMS raketləri ilə zərbə endirməsinə icazə verməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, o, buna cavabın adekvat və hiss edilən olacağını deyib.

"Moskvanın Qərbin Rusiya ərazisinə raket hücumlarına cavabı adekvat və hiss olunacaq", - Zaxarova bildirib.

Diplomat onu da qeyd edib ki, Rusiyanın dərinliklərinə uzaqmənzilli raket zərbələrinin endirilməsinə icazə verilməsi ilə bağlı şayiələrin rəsmi mənbələrə əsaslanıb-yaradılmaması hələ aydın deyil.

O, vurğulayıb ki, Zelenskinin dua etdiyi heç bir “möcüzə silahı” xüsusi əməliyyatın gedişatına təsir edə bilməyəcək.

Zaxarova qeyd edib ki, Kiyevin uzaqmənzilli raketlərdən istifadə etməsi ABŞ və onun peyklərinin hərbi əməliyyatlarda birbaşa iştirakı demək olacaq və münaqişənin mahiyyətini dəyişəcək.

Zaur, BakuPost
Chosen
22
20
bakupost.az

10Sources