Bakı. Trend:
Londonun ICE birjasında Brent markalı neftin yanvarfyuçerslərinin qiyməti 3%-dən çox artaraq noyabrın 14-dən bu yanailk dəfə bir barel üçün 73 dollar həddini ötüb.
Trend xəbər verirki, ticarət məlumatlarına əsasən, Brent markalı neftin qiyməti3,15% artaraq bir barel üçün 73,28 dollara çatıb. Daha sonra isəfyuçerslərin dəyəri bir qədər azalaraq 73,04 dollar (+2,82%) təşkiledib.
Eyni zamanda, WTI markalı xam neftin yanvar fyuçerslərininqiyməti də artıb. Bu göstərici 2,97% yüksələrək bir barel üçün68,91 dollar olub.
Bazarlardakı bu artım enerji sektorundakı dəyişən qlobaliqtisadi gözləntilərlə əlaqələndirilir.