EN

Nigeriyada ordu bazasına hücum edilib

Qərbi Afrikada İslam Dövləti (ISWAP) yaraqlıları Nigeriyanın şimal-şərqində, Borno əyalətinin Kareto kəndində yerləşən ordu bazasına hücum edərək 5 əsgəri öldürüb, 10 nəfəri yaralayıb.

"Operativ Media" xəbər verir ki, Maghreb Arabe Press-in məlumatına görə, hücum zamanı yaraqlılar zirehli ordu yük maşını da daxil olmaqla 5 avtomobili yandırıblar.

Hazırda itkin düşənlərin tapılması üçün axtarış-xilasetmə əməliyyatları davam edir.

Chosen
7
1
operativmedia.az

2Sources