EN

Zurabişvili seçki nəticələri ilə bağlı iddia qaldıracaq

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkənin Konstitusiya Məhkəməsinə müraciət edərək seçki ilə bağlı iddia qaldıracaq.

Axar.az xəbər verir ki, bu barədə prezident brifinqdə deyib.

“Sabah səhər mən Konstitusiya Məhkəməsində qanun pozuntuları ilə bağlı iddia qaldıracağam”, - deyə o bildirib.

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri baş tutub və hakim “Gürcü Arzusu” parlamentdə yerlərin əksəriyyətinə sahib olub. Müxalifət isə seçki nəticələrini tanımaqdan imtina edib.

Chosen
46
axar.az

1Sources