EN

Metronun "Xalqlar dostluğu" stansiyasının yanında aparılan qazıntı işləri sakinlərə problem yaradır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda, metronun "Xalqlar dostluğu" stansiyasının yanındakı binaların bir neçəsinin həyətindən keçən yolda 2 aya yaxın qazıntı işləri aparılıb.
Xezerxeber.az-ın məlumatına görə, paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti, 118-121 ünvanlarıda yerləşən yaşayış binalarının həyətində qazıntı işləri aparılıb, asfalt qatı qazılıb. Yerin altından keçən boru təmir edilib.
Sakinlərin şikayəti isə iş görülən hissəyə yenidən asfalt qatının vurulmamasındandır.
Onlar məsələ ilə bağlı aidiyyəti qurumları da məlumatlandırıblar. Xüsusilə havalar yağışlı keçdiyindən ərazidə vəziyyət gündən-günə qəlizləşir.
Araşdırma zamanı məlum olub ki, həmin ünvanda yeraltı su borularında bir müddət əvvəl qəza baş verib. Təmir-bərpa işləri də bu məqsədlə görülüb.
Ətraflı süjetdə:
Chosen
54
50
oxu.az

10Sources