EN

Bina çökdü: ölən və xəsarət alanlar var

Tanzaniyanın ən böyük şəhəri Dar əs-Salamın mərkəzindəki Kariaku rayonunda yerləşən bazarda bina çöküb.

Publika.az xəbər verir ki, xilasedicilər binanın dağıntıları altından 13 nəfərin meyitini çıxarıb. Azı 84 nəfər xəsarət alıb.

Çökmüş binanın zirzəmisində hələ də insanların olduğu bildirilir. Ölü və yaralı sayının arta biləcəyi istisna edilmir.

Qəzaya binanın yeraltı mərtəbələrinin genişləndirilməsi işlərinin səbəb olduğu ehtimal edilir.

Chosen
154
50
publika.az

10Sources