EN

London və Yeni Dehli azad ticarət danışıqlarını bərpa edirlər

Böyük Britaniya və Hindistan azad ticarət razılaşmasına nail olmaq üçün danışıqları bərpa edir.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Kir Starmerin ofisinin bəyanatında deyilir.

Sənəddə qeyd olunub ki, Böyük Britaniya Hindistanla yeni strateji tərəfdaşlığa, o cümlədən ticarət sazişinə, eləcə də təhlükəsizlik, təhsil, texnologiya və iqlim dəyişikliyi kimi sahələrdə əməkdaşlığı genişləndirməyə sadiqdir.

Qeyd edək ki, hər iki dövlətdə seçki dövrünün başlaması ilə əlaqədar danışıqlar səkkiz ay əvvəl dayandırılmışdı. Danışıqların bərpası noyabr ayına planlaşdırılırdı. İki ölkə arasında illik ticarət dövriyyəsi 50 milyard dolları ötür ki, bunun da 21 milyard dolları Britaniya ixracının payına düşür.

Chosen
46
2
report.az

3Sources