EN

Rusiyaya ediləcək zərbələr əslində Trampın əlini gücləndirəcək

Rusiyaya

Rusiyanın Trampın gəlişi ilə Ukrayna hərbi kampaniyasından qələbə ilə çıxacağı gözləntisi ilə ABŞ prezidenti Baydenin Rusiyanın ərazisini vurmaq üçün verdiyi razılıqdan sonra Ukrayna tərəfindən ediləcək raket və dron zərbələrinə ciddi reaksiya göstərməyəcək.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.

Deyildiyi kimi bu zərbələrə NATO-nun müdaxiləsi kimi hələlik baxmayacaq. Məntiqlə iki aydan sonra Rusiyanın qələbəsi kəsinləşəcəksə, niyə də vəziyyəti dünya müharibəsi həddinə gətirsin?

"Amma bu iki ay ərzində Rusiyaya ediləcək zərbələr əslində Trampın əlini gücləndirəcək. O, Rusiyanı həm asan, həm də Ukrayna üçün nisbətən məqbul şərtlərlə razı edə biləcək.

Əsas məsələ Ukraynanın, dolayısı ilə NATO-nun Rusiyaya endirəcəyi zərbələrin xarakteri böyük rol oynayacaq. NATO bu müharibənin 1000-ci simvolik günündən sonrakı iki ay müddətində Rusiyaya bu günə kimi vurduğu zərərdən çox zərbə vura bilər. Bu da Rusiya ordusunun tamamilə iflic və çarəsiz duruma düşməsini təmin edə bilər. Bundan sonra rahatlıqla sülh bağlamaq olar, çünki Rusiya artıq heç kimə hücum edə biləcək halda olmayacaq. Avropa da rahat nəfəs ala bilər ki sülhü qəbul etsin".

Cavid

Chosen
15
1
xalqcebhesi.az

2Sources