EN

Meksika prezidenti mövcud dünya nizamını tənqid edib

Şeynbaum: Mövcud dünya nizamı böhranların həlli yollarının tapılmasında effektivliyini itirib...

Mövcud beynəlxalq nizam böhranlardan çıxış yollarının axtarışında öz effektivliyini itirib...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bunu Meksika prezidenti Klaudiya Şeynbaum G20 qrupunun Rio-de-Janeyroda keçirilən sammitində deyib.

Meksika prezidenti qeyd edib ki, bunun bariz nümunəsi Yaxın Şərq və Ukraynadakı münaqişələrdir. Meksika liderinin sözlərinə görə, “əzabdan başqa heç nəyə gətirib çıxarmayan dağıntı iqtisadiyyatını dayandırmaq lazımdır”.

Şeynbaum həmçinin bildirib ki, çoxtərəfli sistem və beynəlxalq hüquqa hörmət qüvvəsini itirib və beynəlxalq qurumların hərəkətlərində dərin reaksiya yoxdur.

“Absurd müharibələr dayandırılmalıdır, siyasət bunun üçündür” deyə siyasətçi əlavə edib.

Poliqon.info

Chosen
20
poliqon.info

1Sources