EN

Azərbaycan millisinin C liqasında qala bilməsinin yeganə yolu…

style='margin-bottom:10px;'>

Bu gün Azərbaycan milli komandası UEFA-nın Millətlər Liqasında bu mövsüm üçün çıxışını başa vuracaq. Qrupun sonuncu - 6-cı oyununda rəqib İsveç millisidir. Oyun Stokholmda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

QOL.az-ın xəbərinə görə, Skandinaviya təmsilçisinə qarşı bu matçın nəticəsindən asılı olmayaraq, Azərbaycan komandası qrupu sonuncu yerdə başa vuracaq. Amma buna baxmayaraq, İsveç düşərgəsi matça qələbə üçün çıxacağını da gizlətmir.

Qeyd edilməlidir ki, hazırda C liqasında çətin, hətta tragikomik durumda olan komanda elə Azərbaycan millisidir. Hazırda 5 matçdan cəmi 1 xalı olan Fernandu Santuşun kollektivi qalib gəlib xalını 4-ə yüksəltsə belə, öz qrupunu sonuncu yerdə bitirəcək. Çünki şəxsi oyunlarda Estoniya bizdən üstün olub.

Beləliklə, Azərbaycanın öz qrupunda sonuncu olması onu D liqasına yaxınlaşdırır. Amma tük nazikliyində bir ümid də var ki, biz C liqasında qalaq. 

Bəs, bu, necə baş verə bilər?

Daha öncədən yazdığımız kimi, C liqasında qrup sonuncusu olan 4 komandadan daha pis nəticə göstərən 2-si D liqasına birbaşa düşür. Yarışın Əsasnaməsinə görə, D liqasının 2 ən güclü komandası isə C liqasına yüksəlir. C liqasında qrup sonuncusu olacaq ən yaxşı nəticəyə malik 2 milli isə D liqasının 2 qrup ikincisi ilə 2 matçdan ibarət pley-off görüşü keçirəcək (evdə və səfərdə).

Hazırda C liqasında 4 qrup sonuncularının xal durumu belədir:

Latviya - 4 xal (çıxışını başa vurub)

Lüksemburq - 3 xal (çıxışını başa vurub)

Azərbaycan - 1 xal (bir oyunu qalıb)

Litva - 0 xal (çıxışını başa vurub)

Sıralamadan da göründüyü kimi, Azərbaycan millisinin D liqasına birbaşa düşməsinin yeganə yolu bu gün İsveçə qalib gəlib xalını 4-ə yüksəltməsidir. Bəli, bu, möcüzə kimi görünür… 

Fərz edək ki, möcüzə baş verdi, onda biz Latviya ilə birgə D liqasının 2 ən yaxşı qrup 2-cisindən biri ilə oynayacağıq. Rəqib püşklə müəyyənləşəcək. D liqasında ikincilərindən biri Cəbəllütariqdir, digəri isə ehtiyatda hələ bir oyunu qalan Malta olacaq.

Bugükünkü matçda möcüzə başa verməsə isə…

Salam, D liqası!

Ən zəiflərin liqası.

Qol.az

Chosen
13
3
teleqraf.com

4Sources