EN

Brent markalı neftin qiyməti 73 dolları keçdi

Londonun ICE birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti 3%-dən çox artaraq noyabrın 14-dən bu yana ilk dəfə bir barel üçün 73 dollar həddini ötüb.

OXU24.COM xəbər verir ki, ticarət məlumatlarına əsasən, Brent markalı neftin qiyməti 3,15% artaraq bir barel üçün 73,28 dollara çatıb.

Daha sonra isə fyuçerslərin dəyəri bir qədər azalaraq 73,04 dollar (+2,82%) təşkil edib.

Bazarlardakı bu artım enerji sektorundakı dəyişən qlobal iqtisadi gözləntilərlə əlaqələndirilir.

Chosen
16
3
oxu24.com

4Sources