EN

“Oynadın, dartın, yeri yalasın...” - Elzadan yeni şeir

Yazıçılar Birliyinin üzvü (AYB), Əməkdar artisti Elza Seyidcahan yeni “Dil” adlı şeirini təqdim edib.

OLAY yazır ki, sənətçi həmin şeiri qonaq olduğu “Günə bax” verilişində səsləndirib.

Seyidcahanın yazdığı misralar budur:

Dilləri dillərdən uzun, dilləndirin dilləri…

Oynadın, dartın, çıxardın, iyrənirəm atın,

Yeri yalasın, yeri qanasın, dil-dil ötən ucu qınasın,

Şeirin başın yaralamasın…

Qeyd edək ki, bir müddət əvvəl Əməkdar artist Elza Seyidcahanın efirlərin birində səsləndirdiyi “Tüpürüm sizin ağzınıza” şeiri cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bundan sonra sənətçinin üzv olduğu Azərbaycan Yazıçılar Birliyi tərəfindən xəbərdarlıq edilib.

Chosen
48
6
olay.az

10Sources