EN

"Siyasi ömrü"nü başa vuran Borrell: "Tarix hamımızı mühakimə edəcək"

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi vəzifəsində "siyasi ömrü" sona çatan Josep Borrell diqqətçəkən açıqlama verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, vəzifəsini Estoniyanın keçmiş baş naziri Kaja Kallasa təhvil verməyə hazırlaşan Borrell qatıldığı son Xarici İşlər Nazirləri Toplantısından sonra mətbuat konfransı keçirib.

O, Qəzza zolağında davam edən savaşdan söz açaraq deyib ki, orada apokaliptik bir vəziyyət var: "İtkin düşənlərin 70 faizi uşaq və qadınlardır. Livanda 100 mindən çox ev dağıdılıb, Qəzzada milyonlarla insan didərgin düşüb, onların çoxu azyaşlılardır. Bu, uşaqlara qarşı müharibə cinayətləridir. Təəssüf ki, Aİ ölkələri bu məsələdə İsraili dayandıra və yekdil fikrə gələ bilmədi". 

Jurnalistlərdən birinin "niyə gələ bilmədilər ki" sualına Borrell belə cavab verib: "Tarix hamımızı, bəli, hamımızı buna görə mühakimə edəcək. Mən üzərimə düşəni, etməli olduğumu, düşündüyüm şeyi etdim. Düzgün hesab etdiyim bir təkliflə gəldim, lakin üzv dövlətlər Ali Nümayəndənin verdiyi təklifləri təsdiqləmədilər. Düzdür, onlar buna borclu deyillər. Lakin yaşanan fəlakətlər onların yanlış olduğunu göstərir..."

Samir Musayev
MİA.AZ

Chosen
6
mia.az

1Sources