EN

Baş Prokurorluqda xarici qonaqlarla görüşlər

Noyabrın 16-da Baş prokuror Kamran Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn İnterpolun prezidenti Ahmed Naser Al-Raisinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Kamran Əliyev qonaqları səmimi salamlayaraq ən böyük beynəlxalq qurumlardan biri olan İnterpol ilə Azərbaycanın hüquq-mühafizə orqanları arasında qarşılıqlı faydalı əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb.

COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyasının uğurla başa çatması barədə danışan tərəflər ətraf mühitin mühafizəsində hüquq-mühafizə orqanlarının qarşılıqlı əməkdaşlığının vacibliyini vurğulayıblar.

İnterpolun prezidenti Ahmed Naser Al-Raisi ölkəmizdə prokurorluq orqanlarında həyata keçirilən islahatları müsbət dəyərləndirərək rəhbərlik etdiyi təşkilatla Azərbaycanın hüquq-mühafizə orqanları arasında qarşılıqlı-faydalı əlaqələrin inkişaf etdirilməsinin perspektivlərindən danışıb.

Həmin gün Baş prokuror Kamran Əliyev Braziliyanın Baş prokurorun müavini Hindenburq Çatebriandın rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşüb.

Ölkələrimiz arasında isti münasibətlərin mövcud olduğunu söyləyən baş prokuror Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ən yüksək səviyyədə təşkil olduğunu vurğulayıb.

COP29 çərçivəsində keçirilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyasının uğurla başa çatması barədə danışan tərəflər ətraf mühitin mühafizəsində hüquq-mühafizə orqanlarının qarşılıqlı əməkdaşlığının vacibliyini vurğulayıblar.

Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirə hazırlığının ən yüksək səviyyədə olduğunu qeyd edən qonaq COP29-un dünya üçün böyük töhfələr verə biləcəyindən əminliyini vurğulayıb.

Dünən Baş prokuror Kamran Əliyev Keniya Dövlət Prokurorluğunun Direktoru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşüb.

Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyətindən bəhs edən Kamran Əliyev, bunun beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsi olduğunu qeyd edib.

Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Renson Mulele təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edərək, iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib.

XQ

Chosen
36
14
xalqqazeti.az

10Sources