EN

Yunanıstan 5 milyard avroluq borcunu vaxtından əvvəl ödəməyi planlaşdırır

Müəllif:Ayşən İmanova/Banco.az

Yunanıstan, 10 ildən çox əvvəl ölkədə baş verən maliyyə böhranı zamanı yaranmış borcların ödənilməsini sürətləndirməyi planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Kiriakos Misotakis  bildirib.

Qeyd olunur ki, söhbət 2033-2042-ci illərdə ödəmə müddəti olan istiqrazlardan gedir.

“Biz əsas diqqəti büdcə intizamına yönəltmişik”, - deyən Misotakis, borcların vaxtından əvvəl ödənilməsinin hökumətin maliyyəsinə “etimad siqnalı” olduğunu qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
23
banco.az

1Sources