EN

COP29 Azərbaycan Əməliyyat Şirkətinin uğur sertifikatı

COP29 Azərbaycan Əməliyyat Şirkəti “TÜV Austria Turk” şirkəti tərəfindən İSO 20121 sertifikatı ilə təltif edilib. Sertifikatı komandaya “TÜV Austria Turk” şirkətinin əməliyyatlar üzrə meneceri Rəhimə Cavanşirli təqdim edib.

Bunu tarixi məqam adlandıran COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova deyib: “Davamlı hadisələrin idarə edilməsi və çatdırılması üçün sertifikat alırıq. Biz bir neçə ay əvvəl davamlı hadisələrin idarə edilməsi və davamlı tədbirlərin çatdırılması sahəsində asan ISO 2121 sertifikatlaşdırma prosesinə qədəm qoyduq və bu coğrafiyada qlobal meqa tədbirlərə ev sahibliyi etmək üçün yeni bir fəsil açdıq. Bu, bizim hamımız, bütün şirkət və komandamız üçün asan məsələ deyildi”.

O, davamlı əməliyyatların təminatı, davamlı satınalma, insan resursları, işçi qüvvəsi və könüllülük, məkanın dizaynı və çatdırılması, qonaq xidmətləri, ziyarətçi təcrübəsi, iaşə, nəqliyyat təhlükəsizliyini COP29 tədbirinin əsas sütunları kimi dəyərləndirib. Baş icraçı vaxt məhdudiyyətinə baxmayaraq, komandanın “yaşıl” enerji ilə təchiz olunmuş obyektdə yüksək əzmkarlıq göstərdiklərini bildirib.

Chosen
31
xalqqazeti.az

1Sources