EN

Nigeriyanın davamlı inkişaf hədəfləri niyə gerçəkləşmir?

Uzodinma Adirieje Nigeriya Qiymətləndiricilər Assosiasiyasının üzvü və Milli Prezidenti, Afrika Səhiyyə Təşkilatları Assosiasiyasının rəhbəridir. Genişmiqyaslı və kompleks monitorinq və qiymətləndirmələrin, layihələrin tərtib edilməsində, fərdi, ev təsərrüfatı, icma və obyekt səviyyəsində məlumatların toplanması üçün sorğuların təşkil olunmasında 15 ildən artıq təcrübəsi var. Müstəmləkə ərazilərin nümayəndələri tərəfindən yerli xalqların hüquqlarının kütləvi pozulması əleyhinə etiraz aksiyasının iştirakçısıdır. COP29 çərçivəsində ölkəmizə səfərə gələn Uzodinma Adirieje Nigeriyadakı əhalinin həyat şəraiti ilə bağlı jurnalistlərə açıqlamasında deyib:

– Mən tədqiqat layihələrinin, proqramlarının və siyasətlərinin monitorinqi və qiymətləndirilməsində iştirak edib, potensial sınaq iştirakçıları, ağır xəstəliklər – infeksiyalardan (HİV/AİDS, vərəm, malyariya, COVID-19) əziyyət çəkənlərə kömək məqsədilə, Afrikada və qlobal cənubda icma üzvləri və səhiyyə işçiləri ilə çalışmışam. Nigeriyanın Federal Səhiyyə Nazirliyində, Nigeriya UNICEF-də və QİÇS, Vərəm və Malyariya üzrə Qlobal Fondun Nigeriyanın Ölkə Əlaqələndirmə Mexanizmində məsləhətçi kimi fəaliyyət göstərmişəm. Milli İlkin Səhiyyə Xidmətinin İnkişafı Agentliyinin müntəzəm immunizasiya üzrə qiymətləndirmə–nəzarət məsləhətçisi olmuşam. Nigeriyanın demək olar ki, bütün ştatlarında bu xidmətləri göstərmişəm. Buna görə, ölkənin hər yerində əhalinin yaşayış şəraitindən xəbərim var.

Biz Nigeriyanın yerli əhalisinin rifahı üçün tərəfdaş olaraq buradayıq. Onlar davamlı inkişaf hədəflərinə çata bilmirlər. Dünyada təxminən 8 milyard insan var. Afrikadan Amerikaya, Asiyaya, Avropadan Sakit okeana, Karib dənizindən Avstraliyaya qədər bütün yerli əhali bu 8 milyardın bir hissəsidir.

Nigeriyanın elə yerli insanları var ki, onların hüquq və imtiyazları hər gün tapdalanır. Onlardan bəziləri təbii mühitlərindən uzaqlaşdırılıb, əlverişli, əlçatan və dayanıqlı alternativ vasitələrlə təmin olunmayıb. Bu səbəbdən yerli insanlara qayğı göstərilməlidir.

Biz BMT- nin yerli əhali ilə bağlı rəsmi siyasətinin hər bir ölkə üçün təbiətə çox yaxın mövcud olan, təbii mühitin saxlanmasında ilk növbədə məsul olan, bu mühitin qorunmasına cavabdeh olan yerli insanların rifahı üçün uyğunlaşması, qəbul edilməsi və həyata keçirilməsi üçün məcburi olmasını tələb edirik. Bu insanlar ətraf mühitə, mədəniyyətlərinə, sivilizasiyalarına və rifahlarına görə sıxışdırılırlar. Əsrlər boyu insanlara ətraf mühitini qoruyub saxlamağa kömək edən bəzi yerli mədəniyyətlər məhv edilib. Dünya yerli insanlara diqqət yetirməyincə, iqlimə nəzarətə nail olmaq üçün göstərdiyimiz heç bir səylər nəticə verməyəcək. Konfransın ölkəmizin əhalisinin bu probleminin aradan qalxmasına kömək edəcəyinə əminik.

Zərifə HÜSEYNOVA
XQ

Chosen
35
xalqqazeti.az

1Sources