EN

Boris Conson Ukraynanın Rusiyanı necə məğlub edə biləcəyini izah etdi

Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson Qərbə təklif irəli sürüb. Onun fikrincə, bu, Ukraynaya nəinki məğlubiyyətdən qaçmağa, həm də qalib gəlməyə kömək edəcək.

Qaynarinfo xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

Conson müharibənin 1000-ci günü ərəfəsində Ukraynanın qələbəsi üçün plan təklif edib. Onun planının əsas müddəaları:

1. Ukraynanın NATO-ya daxil olma tarixi:
 

Conson vurğulayıb ki, Ukrayna artıq azad, müstəqil, demokratik Avropa dövlətidir, ona görə də Qərb "təhlükəsizlik zəmanəti verməyə” qərar verməli və Ukraynanın NATO-ya daxil olması üçün konkret tarixi göstərməlidir.

2. Maliyyə yardımı:
 

Müharibədə qələbə qazanmaq üçün maliyyə resursları təmin etmək məqsədilə Ukraynaya Lend-Liz proqramına bənzər 500 milyard dollar kreditin verilməsi təklif edir.

3. Raket dəstəyi:
 

Conson ABŞ prezidenti Co Baydenin Ukraynaya Rusiya hərbi bazalarına hücum etmək üçün ATACMS raketlərindən istifadə etməyə icazə vermək qərarını alqışlayıb. O, Böyük Britaniya və Fransanı Ukraynaya "Storm Shadow" və SCALP qanadlı raketlərindən istifadə etmək icazəsi verməyə çağırıb.

Consonun sözlərinə görə, bu tədbirlər Rusiya prezidenti Vladimir Putini inandıracaq ki, o, "çox böyük səhvə yol verib” və heç vaxt Ukraynanı fəth edə bilməyəcək.

Nizami Bağırov

Chosen
24
50
qaynarinfo.az

10Sources