EN

Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir

XırdalanınAbşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə icra nümayəndəliyi Xırdalanda yolların əsaslı təmiri ilə bağlı tenderə yekun vurub.Reportyor.info xəbər verir ki, tenderin qalibi “Proqress İnşaat EN” şirkəti seçilib.Təmir işləri quruma 1 478 634,87 manata başa gələcək.“Proqress İnşaat EN” şirkəti ötən ay Xırdalan şəhər icra nümayəndəliyinin iki tenderində qalib olub. Tenderlərdən biri küçə işıqlarının, digəri isə mənzil fondunun təmiri ilə bağlı keçirib.Şirkət bu iki tender üzə qurumdan 841 247 manatlıq sifariş alıb.“Proqress İnşaat EN” şirkəti 29 noyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Şirkətin qanuni təmsilçisi İslamov Nazim Əli oğludur.Göründüyü kimi şirkət 3 ildir yaradılıb. Bu müddət ərzində “tender kralı”na çevrilib. Hətta o dərəcədə ki, 1 ay ərzində Xırdalan icra nümayəndəliyinin 3 tenderinin qalibi seçilir. Özü də satınalma predmeti fərqli olan tenderlərin. Bu işləri görmək üçün şirkət kifayət qədər güclü maddi-texniki bazaya malik olmalıdır. Amma “Proqress İnşaat EN” şirkətin heç saytı və əlaqə telefonları belə yoxdur.Açıq mənbələrdə ümumiyyətlə şirkət və qanuni təmsilçisi haqqında məlumata rast gəlinmir.Bütün bunlar “Proqress İnşaat EN” MMC-nin kağız üzərində yaradılan şirkətlər kateqoriyasına aid olması barədə şübhələr yaradır.Bir qədər də Xırdalanın yolları barədə.Dövlət satınalmalarının vahid portalı üzərindən apardığımız araşdırmadan məlum olur ki, ötən il də Xırdalanın yollarının təmiri ilə bağlı tender keçirilib. Tenderin qalibi “Xezer Construction” MMC seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 1 927 615,41 manat olub.Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. O, 2022-ci ildə bu vəzifəyə təyin edilib.Abdin Fərzəliyevin icra başçısı kimi karyerası isə 2003-cü ildən başlayır. O, həmin il Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alıb. İki il sonra isə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Onun Nərimanov rayonuna rəhbərliyi 2022-ci ilə qədər davam edib.Onun Xırdalan şəhəri üzrə nümayəndəsi ilə Malik Məmmədovdur.(Reportyor.info)

Chosen
15
yenisoz.az

1Sources