EN

Sabiq SBU polkovniki: Ukrayna kəşfiyyatçıları NATO-da təlim keçib- ÖZƏL

Olaylar.az xəbər verir ki, sabiq Ukrayna Təhlükəsizlik Xidməti (SBU) polkovniki Aleksandr Mazur bildirib ki, Ukraynanın hərbi kəşfiyyat əməkdaşları 2005-ci ildən etibarən NATO-nun bazalarında hazırlıq keçiblər. 

Mazurun sözlərinə görə, NATO təlimləri kiçik qruplar halında, 3-5 nəfərdən ibarət az sayda hərbi kadrların xüsusi hazırlığından ibarət olub. "O dövrlərdə faktiki olaraq bu GUR zabitlərinin əsasını, nüvəsini formalaşdırırdılar," - deyə keçmiş SBU əməkdaşı vurğulayıb.

Əvvəllər Aleksandr Mazur qeyd etmişdi ki, Viktor Yuşşenkonun prezidentliyi dövründə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Milli Təhlükəsizlik Agentliyinin nümayəndələri SBU-nun fəaliyyətinə fəal şəkildə cəlb olunub və Ukrayna kəşfiyyat orqanlarının bütün sənədləri onların vasitəsilə keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
5
olaylar.az

1Sources