EN

ABŞ-də mağazalardan köklər yığışdırılır - Xəstəlik yayıldı

ABŞ-da qablaşdırılan üzvi köklərdə E.coli bakteriyasının aşkar edildiyi bildirilib. 

Olaylar xarici mətbuata istinadla xəbər verir ki, qablaşdırılmış orqanik kök istehlakı nəticəsində E.coli bakteriyasına yoluxan 39 nəfərdən biri dünyasını dəyişib, 15 nəfər isə xəstəxanaya yerləşdirilib.

Bazarlardan həmin köklər yığışdırılıb. Həmin kökləri alan insanlara xəbərdarlıq edilib.

Məlumatlara görə, yerkökü istehlakı səbəbiylə yoluxmuş insanlar; Vaşinqton, Minnesota və Nyu Yorkda yaşayır. Lakin ölkə daxilində digər ştatlardan da infeksiyalar barədə məlumat verilib.

Bəs Escherichia Coli (E. Coli) epidemiyası nədir?

E.Coli insan və heyvanların bağırsaqlarında yaşayan bakteriya qrupudur.

Ümumiyyətlə zərərsiz olan bu bakteriyalar bəzi hallarda toksinlər çıxararaq ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. İnfeksiyanın simptomlarına şiddətli və qanlı ishal, qarın krampları, qusma və qızdırma daxildir. (Milli.Az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
10
1
olaylar.az

2Sources