EN

Neftin qiymətinin 70 dollardan götürülməsi reallığa çox yaxındır- ÖZƏL

"Cari iln sonunda ölkədə ÜDM-in 4.2%, qeyri-neft sektorunun isə 6.4% böyüməsi, orta illik inflyasiyanın 2.7% olması, əhalinin real gəlirlərinin 4.5% artması  fikrimcə yaxşı göstəricidir". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyilb: "Nəzərə alsaq ki, cari ildə qlobal iqtisadi artım təxminən 3% olub, inflyasiya 5.8% olub - o zaman bizim göstəricilərin yüksək olması dərhal nəzərə çarpır. Həm də xatırlatmaq yerinə düşər ki, biz bu göstəricilərə bəzi ölkələr kimi süni şəkildə idxalı və ixracı, yenidən ixracı, sanksiyalarla alver edərək deyil, təbii şəkildə, heç bir beynəlxalq qanun pozuntuları etmədən nail olmuşuq. Bu nöqteyi nəzərdən, növbəti ilə ÜDM artım tempinin 3.5%, qeyri-neft sektorunun 4.9% proqnozlaşdırılması da fikrimcə məqbuldur. Cari ildə iqtisadi artıma, məcbu tələbin artımına təkan verən sahələrin və amillərin təhlili bu qənatə gəlməyə əsas yaradır.
Baza ssenari üzrı neftin qiymətinin 70 dollardan götürülməsi reallığa çox yaxındır. Beynəlxalq təşkilatlar da 2025-ci ildə neft qiymətləri üzrə proqnozu 70-80 dollar arasında veriblər. Maliyyə nazirliyinin təqdimatına görə, qiymətin 60 dollara qədər düşdüyü halda dövlət büdcəsinin neft-qaz gəlirlərinin 340 mln manat azalacağı göstərilir. Hesab edirəm ki, bu halda belə hökumətin bu riski idarəetmək imkanlar mövcud olacaqdır. Qaz qiymətləri hesab edirəm ki, baza ssenaridə göstərilən 242 dollardan çox olacaq. Avropa Birliyi və Çin iqtisadiyyatında baş verən hadisələr bunu deməyə imkan verir. Həm də nəzərə alsaq ki, dünyanın yaşıl enerji gündəliyində qaz "keçid yanaçaq" kimi qəbul edilir, bu o demək ki, yaşıl gündəlikdə belə qaza olan tələbat artacaqdır. Növbəti ildə orta illik inflyasiyanın 4.6%-dək yüksələcəyi yaxşı xəbər olmasa da, qlobal inflyasiyanın növbəti ildə 4.3% olacağı ilə bağlı proqnozlar bu rəqəmi məqbul edir. Amma fikrimcə eyni zamanda, iqtisadi aktivliyi artırmaq üçün əlavə imkanlar cəlb olunmalıdır. Məsələn, Azərbaycan Mərkəzi Bankın məlumatına görə kredit portfelinin hər üç elementi üzrə (biznes, istehlak, ippoteka) 19.5% artım izlənmişdir. Qeyd edim ki, 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında hər il kredit portfelinin 10% artması nəzərdə tutulmuşdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
22
olaylar.az

1Sources