EN

Paşinyan hökumətində “yarpaq tökümü”: Baş nazir Ermənistanı ayaq altına atar, amma...

Son günlər Ermənistan hökumətində ard-arda istefalar müşahidə olunur.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, daxili işlər naziri Vahe Qazaryan, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, İstintaq Komitəsinin sədri Arqişti Kyaramyan, Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan, Ali Məhkəmə Şurasının sədri Karen Andreasyan, Korrupsiyaya qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçaturyan istefa verib.

Maraqlıdır, bu proseslərin sonu hara aparır? Bu istefalar Baş nazir Nikol Paşinyanın da istefasına gətirib çıxara bilərmi?

Bakıvaxtı.az-ın suallarını cavablandıran Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, Ermənistan hökumətində baş verən istefaların səbəbi ABŞ-də “Demokratlar”ın məğlubiyyətə uğramasıdır və bununla bağlı artıq Ermənistan cəmiyyətində həyəcan təbili çalınır.

Elçin Mirzəbəyli:Paşinyan öz komandasını yeni vəziyyətə uyğunlaşdırmağa cəhd göstərir

Mirzəbəyli qeyd edib ki, Paşinyanın ətrafında olan şəxslər də “Respublikaçı”ların qələbəsinin Ermənistan üçün ciddi problemlərə yol açacağını bildirirlər. Bu aspektdən də vaxtilə həm “Demokratlar”la sıx işbirliyində və əlaqədə olan, xüsusilə də təhlükəsizlik məsələsi ilə Qərblə yaxından əməkdaşlıq edən şəxslərin paradoksal görünsə də istefaya göndərilməsi mümkündür:

“Yəni bu proseslərə konkret şəxslərin istefa verməsi müstəvisində yanaşılması doğru deyil”.

Müsahibimiz burada daxili faktorların da olduğunu nəzərə çatdırır. Dediyinə görə, bu daxili faktorlara Ermənistanda son dövrlərdə insan hüquq və azadlıqları ilə bağlı yaranmış vəziyyət, həmçinin Nikol Paşinyanın müxalifətdə olan şəxslərə qarşı Daxili İşlər Nazirliyinin xətti ilə həyata keçirlən təzyiqləri daxildir.

Millət vəkilinin sözlərinə görə, Paşinyan öz komandasını yeni vəziyyətə uyğunlaşdırmağa cəhd göstərir. Həmsöhbətimiz diqqətə çatdırıb ki, Paşinyan komandasına daha çox həm “Respublikaçılar”la dialoq vəziyyətində ola biləcək insanların daxil olmasına, eyni zamanda Rusiyada qıcıq yaratmayacaq şəxslərin prosesə cəlb olunmasına çalışır.

“Təbii ki, bütün bunlar ehtimaldır. Amma Nikol Paşinyanın istefası, ümumiyyətlə müzakirə predmeti deyil. Mahiyyət etibarilə bu şəxs bütün Ermənistanı ayaq altına atmağa hazırdır, amma istefa verməyə yox”, - deyə Elçin Mirzəbəyli qeyd edib..

Mina Mikayılova

Chosen
21
37
bakivaxti.az

10Sources