EN

Nazir müavini: Bölgələrdə davamlılığı təmin etmək üçün suyun istifadəsini optimallaşdırırıq

Azərbaycanda biz artıq harmoniya prinsiplərini tətbiq edirik.

APA xəbər verir ki, bunu COP29 çərçivəsində "Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü" tədbirində çıxışı zamanı kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.

"Bu çərçivədə elektron platformalar və rəqəmsallaşma fermerlərinin real vaxtda məlumat və resurslara çıxışını təmin edir.
Biz bölgələrimizin davamlılığını təmin etmək üçün suyun istifadəsini optimallaşdırırıq. Fermerlərə sərmayə qoyuruq, onlara təlim, alətlər və iqlimə davamlı təcrübələri tətbiq etmək üçün maliyyə stimulları təmin edirik. Lakin ən əsası, biz inklüziv inkişafa sadiqik. Bura kənd təsərrüfatında qadın və gənclərin hüquqlarını genişləndirməkdən tutmuş kənd icmalarına dəstək verməyə qədər hər bir addım daxildir" - deyə İlhamə Qədimova bildirib.

Chosen
22
1
apa.az

2Sources