EN

UEFA Millətlər Liqası: Azərbaycan yığması qrup mərhələsində sonuncu oyununa çıxacaq

Bu gün futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının C Divizionunda sonuncu matçını keçirəcək.

 

Senzor.az bildirir ki, I qrupda yer alan milli komanda səfərdə İsveçin qonağı olacaq. 

 

Azərbaycan milli komandası C Liqasında qalmaq şanslarını davam etdirmək üçün çətin səfər oyununda mütləq qələbə qazanmalıdır. Bu baş verərsə, yığmamız ən yaxşı qrup sonuncularından biri kimi D Liqasında öz qrupunu 2-ci pillədə tamamlayan komandalardan biri ilə gələn il pley-off matçları keçirəcək.

 

Qeyd edək ki, İsveç millisi 13 xalla qrup liderliyini təmin edib. Azərbaycan seçməsi isə 1 xalla sonuncu – 4-cü sırada qərarlaşıb.

 

Onu da qeyd edək ki,  “Strouberri Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 

Qarşılaşmanı polşalı Pavel Raçkovski idarə edəcək.

Chosen
16
41
senzor.az

10Sources