EN

FAO COP29 sədrliyi ilə "Baku Harmoniya" təşəbbüsü üzrə əməkdaşlığı davam etdirəcək - Regional nümayəndə

Bakı. Trend:

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) COP29 sədrliyiilə fermerlər üçün "Baku Harmoniya" iqlim təşəbbüsünün uğurluhəyata keçirilməsi məqsədilə əməkdaşlığı davam etdirəcək.

Trend xəbər verir ki, bubarədə FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsiViorel Qutsu COP29 çərçivəsində Bakıda keçirilən fermerlər üçün"Baku Harmoniya" iqlim təşəbbüsünün təqdimatı zamanı bildirib.

FAO nümayəndəsi qeyd edib ki, kiçik fermerlərin vəistehsalçıların lazımi resurslar, potensial və dəstəklə təminedilməsi üçün təcili addımlar atılmalıdır.

"Biz aqrar-ərzaq sistemlərimizi transformasiya etməli və edəbilərik ki, yoxsulluq və aclıqla mübarizə aparaq, planetimiziqoruyaq və hamı üçün daha parlaq və dayanıqlı bir gələcək təminedək. Burada əsas söz birlikdə işləməkdir", - deyə ovurğulayıb.

Viorel Qutsunun sözlərinə görə, iqlim böhranı, qlobal ərzaqtəhlükəsizliyinin çatışmazlığı və dayanıqsız aqrar-ərzaq sistemləribir-biri ilə sıx əlaqəlidir.

"İqlim dəyişikliyi dünyada ərzaq təhlükəsizliyinin olmamasınınəsas səbəblərindən biridir və təxminən 730 milyon insan hələ dəaclıqdan əziyyət çəkir", - deyə o əlavə edib.

O vurğulayıb ki, aqrar-ərzaq sistemləri ərzaq təhlükəsizliyinintəmin olunmasında əsas rol oynayır və iqlim dəyişikliyi,biomüxtəlifliyin itirilməsi, torpaqların deqradasiyası və suçatışmazlığı kimi problemlərin həllinə imkan yaradır. Son 10 ilərzində aqrar-ərzaq sistemlərinin inteqrasiyası, iqlimdəyişiklikləri və maliyyələşmə ilə bağlı təşəbbüslər, koalisiyalar,şəbəkələr, ittifaqlar və tərəfdaşlıqlar əhəmiyyətli dərəcədəinkişaf edib.

"Bu il burada, Bakıda, COP29 çərçivəsində "Baku Harmoniya" iqlimtəşəbbüsünü təqdim edirik. Daha effektiv iqlim tədbirlərinin həyatakeçirilməsi və aqrar-ərzaq sistemlərinin sürətlə transformasiyasıüçün daha sıx koordinasiyaya ehtiyacımız var. Sevindirici haldırki, bu təşəbbüsün ilk məqsədi koordinasiyanın yaxşılaşdırılması iləbağlıdır. Biz həmçinin ümid edirik ki, COP sədrlikləri arasındaəməkdaşlıq aqrar-ərzaq sektorunda gələcəkdə iqlim tədbirlərininəlaqəliliyini və davamlılığını təmin edəcək", - deyə obildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
32
1
az.trend.az

2Sources