EN

COP29 çərçivəsində təhsil müzakirəsi - FOTOLAR

Bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Təhsil və təqaüdlərin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında rolu” mövzusunda müzakirə keçirilib. 

"Cebheinfo.az" xəbər verir ki, müzakirədə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov iqlim dəyişikliklərinin təhsilə təsirinin aktual məsələlərdən biri olduğunu vurğulayıb. Fond sədri TİF-in tərəfdaşları sırasında “NEQSOL Holding”, STP Şirkətlər Qrupu, SOCAR, bp kimi böyük enerji şirkətlərinin olduğunu və onların hər birinin siyasətində yaşıllaşdırma, təhsil vasitəsilə maarifləndirilmənin artırılması, yaşıl bacarıqların, dəyərlərin formalaşdırılması sahəsində mühim addımlar atdıqlarını diqqətə çatdırıb. Xüsusi ilə təhsil sahəsində dövlət-özəl əməkdaşlığının önəmini vurğulayan Elnur Nəsibov, maraqlı tərəfləri bu sahədə birgə tərəfdaşlığa dəvət edib.

“NEQSOL Holding Azərbaycan” ofisinin rəhbəri İmran Əhmədzadə iqlim dəyişikliklərinin aradan qaldırılmasında təhsilin vacib rolunun olduğunu vurğulayıb.

O qeyd edib ki, “NEQSOL Holding” hər zaman təhsillə bağlı təşəbbüsləri dəstəkləyib. “NEQSOL Holding” Azərbaycanda bir neçə təhsil müəssisəsinin təmirini həyata keçirib, tələbələrə təqaüdlərin verilməsində iştirak edib. Təhsilin İnkişafı Fondu ilə birgə həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramının da təhsilə dəstək sahəsində uğurlu nümunələrdən biri olduğu vurğulanıb. İ.Əhmədzadənin təhsillə bağlı məsələlərin həllinin təkcə dövlətin üzərinə düşməli olduğunu deyil, özəl qurumların da bu istiqamət üzrə təşəbbüskar olmalarını və dövlətlə sıx əməkdaşlıq etmələrini bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı Fondunun Baş icraçı direktoru Anil Soni insanların, xüsusilə gənclərin bəzən özlərini iqlim dəyişikliyinin təsirlərindən kənarda, gücsüz hiss etdiklərini qeyd edib. Bu təsirlərin aradan qaldırılması üçün hazırda yeni imkanların axtarıldığını vurğulayan Anil Soni əlavə edib ki, hamı iqlim dəyişikliyinin şiddətləndirici təsirinin olmaması üçün çalışmalı, bunun üçün hansı imkanlar yarada biləcəyini araşdırmalıdırlar. Anil Soni bütün bu məsələlərin bir fərd və ya bir qrup tərəfindən təkbaşına həll edilə bilməyəcəyini və insanları potensiallarının imkanlarından daha geniş istifa edərək,  bu çağırışlara cavab verməyə səsləyib. 

“NEQSOL Holding”in departament rəhbəri Dilarə Cəfərli tədqiqatlara əsasən, yoxsulluğun aradan qaldırılmasında təhsilin dəyişdirici güc olduğunu, qızlara təhsilverən məktəblərin icmaları “yoxsulluğun amansız dövründən” “imkanlar dövrü”nə qədər inkişaf etdirdiyini bildirib.  Dilarə Cəfərli qızlara təhsilin verilməsi ilə bağlı təşəbbüslərin davamlı təsirlər yaratdığını, o cümlədən iqtisadi şəraitin, sağlamlıq göstəricilərinin yaxşılaşdırılması və cəmiyyətin rifahının gücləndirilməsinə töhfə verdiyini vurğulayıb. 

Tədbirdə daha sonra iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. 

Chosen
22
6
cebheinfo.az

7Sources