EN

“Hizbullah” ABŞ-ın İsraillə atəşkəs təklifi ilə razılaşıb

Livan parlamentinin spikeri Əli Həsən Xəlil “Reuters” agentliyinə bildirib ki, Livan və “Hizbullah” ABŞ-ın İsraillə atəşkəs təklifi ilə razılaşıb, lakin onun məzmunu ilə bağlı bir neçə şərh verib.

Livan tərəfinin konkret nə ilə razılaşmadığı göstərilmir. Agentlik danışıqlarla tanış olan diplomata istinadən aydınlaşdırır ki, təfərrüatlar hələ razılaşdırılmayıb və bu, onun əldə olunmasını gecikdirə bilər. ABŞ-ın xüsusi nümayəndəsi Amos Hokşteynin tezliklə Beyruta gələcəyi gözlənilir. Keçən həftə o, razılığın əldə olunacağına ümid etdiyini bildirib.

Əli Həsən Xəlil bildirib ki, dünən, noyabrın 18-də Livan ABŞ səfirinə yazılı cavab göndərib. Onun sözlərinə görə, təşəbbüsün uğuru indi İsraildən asılıdır – diplomat hesab edir ki, İsrail həll yolu tapmaq istəməsə, “100 problem yarada bilər”. İsrail hələ ki, Livanın mövqeyini şərh etməyib.
Xatırladaq ki, sentyabrın sonundan İsrail Livanda Hizbullah infrastrukturunu məhv etmək üçün əməliyyat keçirir. Oktyabr ayında bu ölkənin cənubunda quru əməliyyatı başlayıb.

//Samir Qurbanov, Editor.az

Chosen
25
1
editor.az

2Sources