EN

"Baku Harmoniya" fərqli təşəbbüsləri, koalisiyaları, şəbəkələri və tərəfdaşlıqları ümumi məqsəd ətrafında birləşdirəcək

Bakı. Trend:

"Baku Harmoniya" fərqli təşəbbüsləri, koalisiyaları, şəbəkələrivə tərəfdaşlıqları iqlim dəyişikliyinə qarşı dayanıqlığı artırmaqməqsədilə fermerlərin, kəndlərin və kənd icmalarının səylərinigücləndirmək üçün ümumi məqsəd ətrafında birləşdirəcək.

Trend xəbər verir ki, bubarədə COP29 Fəaliyyət Gündəliyi qrupunun həmsədri Jalə İbrahimovaCOP29 çərçivəsində keçirilən "Fermerlər üçün Baku Harmoniya iqlimtəşəbbüsünün təqdimatı: İqlim dəyişikliyinə qarşı dayanıqlığınartırılması üçün fermerlərin imkanlarının genişləndirilməsi"mövzusunda tədbirdə bildirib.

"Kənd təsərrüfatı iqlim dəyişikliyi ilə mübarizədə həllyollarının əsas hərəkətverici qüvvəsinə çevrilmə potensialınamalikdir. Torpaq idarəetməsində dayanıqlı metodların təşviqindənsuyun istifadəsinin səmərəliliyinin artırılmasına qədər, kəndtəsərrüfatı iqlim üçün transformasiyaedici qüvvə ola bilər. Məhzbuna görə kənd təsərrüfatı son Konfranslar (COP26) zamanıəhəmiyyətli rol qazanmışdır.

COP29 çərçivəsində biz bu dinamikanı davam etdirərək, daha böyüktəsir üçün uyğunluq, koordinasiya və təcrübə mübadiləsini artıracaq"Baku Harmoniya" təşəbbüsünü qürurla təqdim edirik. Bu təşəbbüsCOP29 Fəaliyyət Proqramı çərçivəsində fərqli təşəbbüsləri,koalisiyaları, şəbəkələri və tərəfdaşlıqları iqlim dəyişikliyinəqarşı dayanıqlığın artırılması məqsədilə fermerlərin, kəndlərin vəkənd icmalarının səylərini gücləndirmək üçün ümumi məqsəd ətrafındabirləşdirəcək.

Ötən həftə biz FAO ilə bu təşəbbüsün irəliləyişini daha dadəstəkləmək üçün bir niyyət məktubu imzaladıq. Bu inklüziv təşəbbüsvasitəsilə biz yalnız cari iqlim problemlərini həll etmək deyil,həm də uzunmüddətli dayanıqlığa, ərzaq təhlükəsizliyinə, kəndyerlərinin inkişafına və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqüçün inteqrasiya olunmuş bir sistem yaratmağı hədəfləyirik", - deyəo qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
44
az.trend.az

1Sources