UEFA Millətlər Liqası çərçivəsində bu gün keçiriləcək Albaniya - Ukrayna matçından əvvəl baş tutan mətbuat konfransında qalmaqal yaşanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı VZBIRNA "Telegram" kanalı yayıb.
Mənbənin məlumatına görə, ötən axşam təşkil olunan oyunöncəsi mətbuat konfransında Ukrayna millisinin nümayəndələri rus dilinə tərcümədən "qəti şəkildə" imtina ediblər.
Tədbirdə tərcüməçi Ukrayna tərəfinə sualları rus dilində çatdırmaq istədikdə, baş məşqçi Sergey Rebrov və hücumçu Roman Yaremçuk bu variantdan qəti şəkildə imtina ediblər. Nəticədə suallar alban dilindən ingilis dilinə tərcümə edilib.
Albaniya Futbol Federasiyası etiraf edib ki, onlar bunu “É™n yaxşı hÉ™ll yolu hesab edirlÉ™r, çünki rus dili Ukraynaya bÉ™nzÉ™yir”.
Albaniya - Ukrayna oyunu bu gün, noyabrın 19-da 23:45-də keçiriləcək. Final mərhələsi öncəsi Ukrayna öz qrupunda sonuncu, Albaniya isə 3-cü yerdədir.
MiraÄŸa