EN

Həkimlərə yeni dərs: iqlim dəyişikliyinin sağlamlığa təsiri.

Azərbaycan Tibb Universitetində İqlim və Sağlamlıq adlı fənn tədris ediləcək.

Azərbaycanın Səhiyyə naziri Teymur Musayev BBC Azərbaycancaya deyib.

"İkinci kurs tələbələrinin hamısına iqlim dəyişikliklərinin insan sağlamlığına təsiri mövzusunda məşğələlər və mühazirələrin təşkilini düşündük, bu ildən bu kurikluma daxil edilib və daimi prossesdir “, - səhiyyə naziri BBC-yə deyib.

Nazir onu da bildirib ki, azəbaycanlı tibb mütəxəssisləri Dünya Səhiyyə Təşkilatının akademiyasında da bu sahədə təhsil ala biləcəklər.

“Fransanın Leon şəhərində dekabrda açılışı nəzərdə tutulan Dünya Səhiyyə Təşkilatının Akademiyası açılacaq. Bizim bütün tələbələrimiz, nəinki tələbələrimiz, həm də həkimlərimiz və orta tibb işçilərimiz iqlim və sağlamlıq mövzusunda kifayət qədər böyük bilik bazasına malik olacaqlar”, - deyə Teymur Musayev əlavə edib.

Kurs online rejimdə də fəaliyyət göstərəcək.

Videoya YouTube kanalımızda baxın.

Chosen
19
bbc.com

1Sources