EN

10 ayda ölkədə yaşıl enerji istehsalı 80 faizdən çox artıb

Bakı. Trend:

2024-cü ilin yanvar-oktyabr ayları üzrə elektrik enerjisigöstəricilərinə dair operativ məlumatlara əsasən respublikadaelektrik enerjisinin istehsalı 23 847,3 mln. kVt·st olub.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, hesabatdövründə elektrik enerjisi istehsalı İES-lərdə 20 532,0 mln.kVt·st, SES-lərdə 2 563,0 mln. kVt·st, digər mənbələr üzrə isə752,3 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrikstansiyalarında 44,8 mln. kVt·st, günəş elektrik stansiyalarında515,3 mln. kVt·st, Bərk Məişət Tullantılarının YandırılmasıZavodunda isə 192,2 mln. kVt·st elektrik enerjisi istehsaledilib.

Beləliklə, 10 ay ərzində yaşıl enerji mənbələri üzrə elektrikenerjisi istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1 495,0 mln.kVt·st artaraq 3 315,3 mln. kVt·st təşkil edib.

Bu müddətdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə21 066,0 mln. kVt·st (İES-lərdə 18 676,4 mln. kVt·st, SES-lərdə 2389,6 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə411,0 mln. kVt·st (İES-lərdə 199,8 mln. kVt·st, SES-lərdə 157,3mln. kVt·st, Günəş ES-də 53,9 mln. kVt·st), “Azərişıq” ASC üzrəkülək elektrik stansiyalarında 34,2 mln. kVt·st, müstəqil elektrikstansiyaları üzrə isə 2 336,1 mln. kVt·st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 1 247,6 mln.kVt·st, idxalı isə 150,8 mln. kVt·st olub.

Qeyd edilir ki, 2024-cü ilin oktyabr ayında respublika üzrəelektrik enerjisinin istehsalı 2 060,9 mln. kVt·st olub. Bu dövrdəelektrik enerjisinin ixracı 12,02 mln. kVt·st, idxalı isə 11,4 mln.kVt·st təşkil edib.

Məqalədə:
Chosen
16
3
az.trend.az

4Sources