EN

Dördüncü finiş: Millimiz İsveçdən qolsuz dönəcək?

Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, yığmamız Millətlər Liqasında 4-cü mövsümünü başa vuracaq.

Əlbəttə, Fernandu Santuşun komandasının yolu C liqasında qalmaq uğrunda pley-offa qədər uzana da bilər. Amma İsveçlə Solnadakı görüş qrup mərhələsində sonuncu olacaq.

Millimiz səfər görüşündə bir ənənəyə son qoymalıdır. Məsələ ondadır ki, yığmamızın Millətlər Liqasındakı son qarşılaşmalarında qonaqlar qol vura bilmir. Komandamız iki dəfə bunu özü yaşayıbsa, bir dəfə rəqibinə qol vurmaq imkanı verməyib.

Millətlər Liqasının 2018-ci ildəki ilk mövsümünün finişi bərbad alınıb. Həmin vaxt D liqasında oynayan yığmamız “C”yə yüksəlmək uğrunda əsas rəqibi Kosovonun meydanında 4 cavabsız qol buraxıb.

İki il sonrakı finiş Lüksemburqda gerçəkləşib. Bu dəfə hər iki komanda meydandan qolsuz ayrılıb.

Yığmamızın VI tura evdə çıxdığı yeganə matç 2022-ci ilə təsadüf edib. Millimiz Bakıda Qazaxıstanın qapısından üç top keçirib.

Yığmamızın Millətlər Liqasının son turundakı oyunları:
20 noyabr 2018. UML. Priştina. Kosovo - Azərbaycan - 4:0
17 noyabr 2020. UML. Lüksemburq. Lüksemburq - Azərbaycan - 0:0
25 sentyabr 2022. UML. Bakı. Azərbaycan – Qazaxıstan - 3:0

Vüqar Xeyrullayev
İdman.biz

Chosen
7
idman.biz

1Sources