EN

FHN Mingəçevirdə ağacəkmə aksiyası keçirib

Azərbaycan Prezidentinin sərəncamına əsasən elan olunmuş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Fövqəladə Hallar Nazirliyi Əsaslı Tikinti İdarəsinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib. 

Məlumatı nazirliyin mətbuat xidməti verib.  

Əsaslı Tikinti İdarəsi əməkdaşlarının və Mülki Müdafiə qoşunlarının (MMQ) şəxsi heyətinin iştirak etdiyi aksiya Mingəçevir şəhərində yerləşən MMQ-nin “N” saylı hərbi hissəsinin ərazisində təşkil olunub.

Aksiya ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək verilməsi, eləcə də vətəndaşlar arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin təbliğ edilməsi məqsədilə təşkil olunub.

Ağacəkmə aksiyasında əməkdaşlar tərəfindən eldar, sərv və küknar növlü şam ağacları əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən ağacəkmə aksiyaları mütəmadi olaraq təşkil edilir.

 

P.ƏMİRCANOV

XQ

 

 

Chosen
26
xalqqazeti.az

1Sources