EN

Lənkəranda fövqəladə halların qarşısının alınması ilə bağlı tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində "Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünüidarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili" mövzusunda "dəyirmi masa" keçirilib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, tədbirdə FHN-in aidiyyəti yerli qurumlarının, icra və özünüidarə orqanlarının nümayəndələri, müvafiq idarə və müəssisə rəhbərləri, eləcə də şəhər sakinləri iştirak ediblər.
Tadbir zamanı fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində
qarşılıqlı fəaliyyətin təşkili, o cümlədən sularda insanların təhlükəsizliyinin təmin edilməsi, yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət olunması ilə əlaqədar geniş müzakirə aparılıb.
Sonda maarifləndirici videoçarx və fotoslaydlar nümayiş olunub, suallar ətraflı cavablandırılıb.

Lənkəranda Lənkəranda Lənkəranda
Chosen
17
apa.az

1Sources