EN

Bilal Əliyevdən Məleykə Əsədovanın keçmiş əri ilə bağlı etiraf

Xalq artisti Bilal Əliyev Xalq artisti Məleykə Əsədovanın keçmiş həyat yoldaşından söz açıb.

Publika.az xəbər verir ki, sənətçi qonaq olduğu “Qonaqcanlı” verilişində bildirib ki, aktrisa onun qohumu ilə illər əvvəl ailə qurub.

“Məleykə bütün arzularına çatmışdı, amma ailə qurmaq istəmirdi. Anası deyirdi ki, vaxt keçir ailə qur. Məleykə də deyirdi, evlənmək istəmirəm. Axırda anası ilə dərtləşəndə dedi, sənin sözünü yerə salmaz. Gəldim Məleykəyə yalvardım. İş elə gətirdi ki, Məleykə bizim qohumla ailə qurdu. İndi onun övladı Gülər mənim qohumumdur. Muradın qızıdır”, - deyə B.Əliyev vurğulayıb.

Qeyd edək ki, M. Əsədova illər əvvəl həyat yoldaşından ayrılıb. Onun həmin nikahından Gülər adlı bir qız övladı var.

Chosen
12
11
publika.az

10Sources