EN

METRODAKI SIXLIĞIN DAHA BİR HƏLLİ YOLU VAR- FOTO

Məlumdur ki, Bakıda uzun illərdir davam edən nəqliyyat sıxlığı və onun yaratdığı tıxaclar (eləcə də parklama və velosipedləşmə politikası) paytaxt sakinlərini yerüstü nəqliyyatdan imtina edərək yeraltı nəqliyyat olan metroya cəlb etməkdədir...

Lakin apardığımız müşahidələr təsdiqləyir ki, metroda da bəzən süni sıxlıq yaranır. Lakin hələki bunun qarşısı operativ surətdə alınmır.

"Təzadlar" olaraq sosial mediada paylaşılanları tutalqa edərək bu gün də metroda bu istiqamətdə müşahidələrimizi davam etdirdik. Başladıq "28 may" metrostansiyasından. Çünki əsas sıxlıq burada olur. Gəldiyimiz nətizə isə belədir: bu stansiyaya "Həzi Aslanov" və "İçərişəhər", "Dərnəgül", eləcə də "Xətai" stansiyalarından qatar daxilolmaları var. Məsələn, "28 may"da qatardan düşüb, yaxud şəhərdən bu stansiyaya daxil olan sərnişinlər "Dərnəgül" stansiyasına getmək istəyirlərsə, onlar "H.Aslanov"dan gələn qatarı gözləməli olurlar. Lakin həmin istiqamətdə həm də "İçərişəhər" stansiyası olduğundan məsələ bir az qəlizləşir.

Bu gün rast gəldiyimiz belədir: "H.Aslanov"dan "Dərnəgül"ə gedən qatara minmək olduqca müşkül idi, amma "İçərişəhər"ə gedən qatar isə bomboş olaraq faktiki sərnişinsiz qalmışdı(fotodan görünür). Çünki Sumqayıt, avtovağzal və s. istiqamətinə gedənlər "Dərnəgül"ü gözləyirlər. 

Beləliklə, yaxşı olar ki, "İçərişəhər"ə getməli olan qatarların qrafikində (pik saatlarda) dəyişiklik edilərək bu qatarların bəzilərini "Dərnəgül"ə yönləndirsinlər. Belə olarsa, "28 may"dakı sığlıq xeyli azalmış olar.

A.Məmmədli

Chosen
12
tezadlar.az

1Sources