EN

Hindistanda hava çirkliliyi təhlükəli səviyyəyə çatıb

Hindistanın bir çox bölgəsində hava çirkliliyi son dövrlərdə təhlükəli həddə çatıb. Xüsusilə, paytaxt Dehlidə hava keyfiyyəti “çox pis” səviyyəsinə yüksəlib, bu da sağlamlıq üçün ciddi təhlükələr yaradıb. Mütəxəssislər, xüsusilə yaşlılar, uşaqlar və tənəffüs problemləri olan insanların açıq havada uzun müddət qalmaqdan çəkinmələrini tövsiyə edirlər. Hava çirkliliyinin əsas səbəbləri arasında sənaye tullantıları, avtomobil emissiyaları və kənd təsərrüfatında istifadə olunan kimyəvi maddələr yer alır.

Busaat.az xəbər verir ki, Hindistanın NDTV kanalının xəbərinə əsasən, Hava Keyfiyyəti İndeksi, Yeni Dehlidə milyonlarla insanın sağlamlığı üçün ciddi təhlükə yarandığını göstərir.

Bu çirklənmə nəticəsində yaranan zəhərli tüstü və duman, havanın “ağır” kateqoriyasının ən yüksək həddini təşkil edir.

Hindistan hökumət nümayəndələri isə hava çirkliliyinə qarşı mübarizəni gücləndirdiklərini və vəziyyəti yaxşılaşdırmaq üçün yeni tədbirlər gördüklərini açıqlayıb.

Zeyd Bağırzadə

 

Chosen
15
busaat.az

1Sources