EN

“Hizbullah” Təl-Əvivi hədəf aldı

“Hizbullah” İsrailin paytaxtı Təl-Əvivdəki həssas hərbi nöqtələrə pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil etdiyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, “Hizbullah” tərəfindən edilən yazılı açıqlamada Təl-Əvivdəki həssas hərbi nöqtələrin PUA-larla hədəf alındığı bildirilib.

Açıqlamada hədəf alınan hərbi nöqtələrin daha sonra paylaşılacağı bildirilib.

İsrail mətbuatında yer alan xəbərə görə, dünən axşam saatlarında Livandan Təl-Əviv yaxınlığındakı Ramat Qan və Beni Brak bölgələrinə atılan raketlər nəticəsində biri ağır olmaqla 5 nəfər yaralanıb.

Tel-Əvivin Ramat Qan rayonunda ticarət kompleksinin yaxınlığında raketin düşdüyü, daha sonra ərazidə yanğının başladığı bildirilib.

Bildirilib ki, Ben Qurion hava limanında da iş dayandırılıb, sirenlər səslənərkən gediş və gəliş dayanıb, yerə enmək üzrə olan təyyarələr geri dönüb və ya havada gözləməli olub.

Chosen
22
cebheinfo.az

1Sources