EN

Azərbaycana müxtəlif ölkələrdən gətirilən qızılın fərqi nədir?

Bu ilin ilk 9 ayı ərzində Azərbaycana xarici ölkələrdən ümumi dəyəri 1 milyard 833 milyon 814 min dollar olan 23 min 858,5 kiloqram qızıl gətirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə qızıl idxalı 434 dəfə artıb. Azərbaycana qızıl əsasən bu ölkələrdən gətirilib: Avstraliya - 11 854,14 kq (bir qramın orta gömrük dəyəri 76,4 dollar); ABŞ - 5 947,8 kq (78,1 dollar); Kanada - 2 023,23 kq (74,4 dollar); İsveçrə - 1 977,76 kq (76,2 dollar); Rusiya - 1 985,03 (80,9 dollar); Türkiyə - 69,94 1485,89 (21,2 dollar)
 
Mövzu ilə bağlı Qaynarinfo-ya danışan iqtisadçı Akif Nəsirli bildirib ki, qızılın mənşə ölkəsinin hara olması əhəmiyyət kəsb etmir. Məsələn, İtaliya qızılı 750 əyarlıdırsa, ABŞ qızılı da həmin əyara uyğun şəkildə hazırlanıb satılır.
 
Akif Nəsirlinin sözlərinə görə, burda əsas məsələ qızılın əyarıdır:
 


"Məsələn, ölkə daxilində 750 əyar qızıl almaq problem deyil. Hansı ölkədən olur-olsun idxal olunan qızılın qiyməti əyarına görə satılır. Məsələn, ölkəyə ABŞ-dan qramı 78,1 dollar, Rusiyadan 80,9 dollar, Türkiyədən isə 21,2 dollara idxal olunur. Ölkələr üzrə qızılın qiymətləri fərqlənir. Fərqlənmə onun əyarına görədir. Ölkə daxilində hansısa ölkəyə məxsus qızıl populyarlaşıbsa, ABŞ, Rusiyadan gətirilən qızılı 750 əyara uyğunlaşdırıb, İtaliya qızılı adı altında satıla bilər". 

Akif Nəsirlinin fikirincə, burada heç bir problem yoxdur:

"Qızılın kimyəvi tərkibi eynidir. Bütün dünyada qızılın formulası vahiddir. Sadəcə olaraq onları fərqləndirən əyarlarıdır. Qiymət fərqləri də əyarlara görədir. Məsələn, həmin qızılları 750 əyara uyğunlaşdırıb İtaliya qızılı adı altında satılması mümkündür. Düzdür, onun İtaliya qızılı olmadığı bəllidir. Burada müştərini aldadırlar".

Bahar Rüstəmli

Chosen
39
qaynarinfo.az

1Sources