EN

Kaşqarla Orta Asiya ölkələri arasında investisiya əlaqələri güclənir

Yazını böyüt
Yazını kiçilt

Çinin Sincan-Uyğur Muxtar Rayonunun Kaşqar bölgəsində Sincan pilot azad ticarət zonasının Kaşqar hissəsində xarici investisiyaların cəlb olunduğu layihələr üçün sənaye parkının ticarət və investisiya yarmarkası keçirilib. Yarmarkada Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistandan olan nümayəndələr çinli sahibkarlarla birlikdə ticarət-iqtisadi əlaqələrin gücləndirilməsi və inkişaf modellərinin yenilənməsi perspektivlərini müzakirə ediblər.

Hafta.az-ın Sinxua-ya yazdığına görə, Qırğız Respublikası Prezidentinin Narın vilayətindəki səlahiyyətli nümayəndəsi Altınbek Ergeşov yarmarkada bildirib ki, Kaşqarda Qırğızıstandan olan müəssisələr vergi və ixrac sahələrində güzəştli siyasət tədbirlərindən yararlanırlar. Bu da ikitərəfli ticarət əlaqələrinə töhfə verib. O, ümidvar olduğunu bildirib ki, bu yarmarkanın platforma rolundan istifadə edərək, iki ölkənin sahibkarları regional əməkdaşlıq üçün yeni modellər və yeni imkanlar axtarışında bir-biri ilə daha çox ünsiyyət qura biləcəklər.

Kaşqar Rayon İcra Hakimiyyəti başçısının müavini Vu Xiaobin bildirib ki, yarmarkanın keçirilməsi “Bir Kəmər, Bir Yol”un birgə tikintisi çərçivəsində faydalı təcrübə olmaqla yanaşı, Kaşqarla qonşu dövlətlər arasında ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün konkret addımdır. Kaşqar investisiya fəaliyyətinə başlamaq üçün daha çox sahibkarın gəlməsini səmimiyyətlə qarşılayır.

Yarmarkanı Kaşqar İqtisadi İnkişaf Zonasının /KZED/ administrasiyası təşkil edib. Nəticədə KZEO Tacikistanın Kulyab Azad İqtisadi Zonası ilə ticarət-iqtisadi əməkdaşlığın inkişafı haqqında saziş, habelə Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistanla ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsi təşəbbüsü ilə bağlı protokollar imzalayıb. Bundan əlavə, Çin və Qırğızıstan tərəfləri arasında hidroenergetika, günəş enerjisi, qızıl emalı və logistika kimi sahələrdə əməkdaşlıq üçün çərçivə sazişləri də imzalanıb.

Xatırladaq ki, KZEO bu ilin əvvəlindən yerli və xarici sahibkarlar arasında investisiya əməkdaşlığını stimullaşdırmaq üçün səylərini artırıb. Statistikaya görə, 2024-cü ilin yanvar-oktyabr aylarında KZEO-ya cəlb edilmiş faktiki investisiyaların həcmi 10 milyard yuanı (təxminən 1,26 milyard dollar) ötüb. Bunun da əhəmiyyətli hissəsi alternativ enerji, yeni materiallar və qabaqcıl maşınqayırma kimi sənaye sahələrinə yönəldilib.

Ümumi sahəsi 179,66 kvadratkilometr olan Sincan pilot azad ticarət zonası rəsmən 1 noyabr 2023-cü ildə Çinin şimal-qərbindəki sərhəd bölgələrində ilk eksperimental azad ticarət zonasına çevrilərək təsis edilib. O, üç hissədən - Urumçi, Kaşqar və Xorqosdan ibarətdir.

Chosen
35
hafta.az

1Sources