EN

Avropanın qaz anbarları sürətlə boşalır: Son 5 ilin ən pis göstəricisi...

Avropa ölkələri soyuq hava şəraiti və terminallardan mayeləşdirilmiş təbii qazın (LNG) axınının azalması fonunda yeraltı anbarlarından aktiv şəkildə qaz istehlak etməyə davam edir.

Musavat.com "Gas Infrastructure Europe" (GIE) statistikasına əsasən xəbər verir ki, istilik mövsümü başlayandan bəri yeraltı qaz anbarlarından istifadə artıq son 5 ildə analoji istehlak dövrləri üzrə orta göstəricidən 65 faiz, 2023-cü ilə nisbətən isə demək olar ki, iki dəfə çoxdur.

Avropada birjada qazın 1 min kubmetri təxminən 515 dollara satılır.

Noyabrın 17-də Aİ ölkələrində yeraltı qaz anbarlarına vurulan qaz 32 milyon kubmetr təşkil edib. Həmin gün anbarlardan 324 milyon kubmetr qaz götürülüb. Hazırda anbarlar 90,73 faiz doludur (son beş il ərzində bu tarix üçün orta göstəricidən 0,67 faiz bəndi aşağı), onlarda 100,7 milyard kubmetr qaz var. Ayın əvvəlindən anbardan ümumi qaz götürülməsi noyabr ayı üçün ikinci maksimum, vurulması isə 2016-cı ildən minimum həddədir.

Oktyabrda Avropada qazın orta alış qiyməti 1 min kubmetr üçün 456 dollar, noyabrda isə indiyə qədər - təxminən 476 dollar təşkil edib.

Aİ elektrik enerjisi istehsalında külək istehsalının payı oktyabrda 17,9 faiz-ə yüksəlib, noyabrın əvvəlindən isə orta hesabla 14,5 faiz təşkil edir.

Noyabr ayında terminallardan Avropa qaz ötürmə sisteminə daxil olan ümumi LNG daxilolmaları hələ də 2021-ci ildən bəri bu ay üçün ən aşağı göstəricidir. Hazırda maye qazın yenidən qazlaşdırılması və onun Avropa boru kəmərlərinə vurulması gücü maksimumun 34 faizi ilə yüklənir.

Musavat.com

Chosen
13
50
musavat.com

10Sources