EN

Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib

Rusiya prezidenti Vladimir Putin “Rusiya Federasiyasının nüvə silahının qarşısının alınması sahəsində dövlət siyasətinin əsaslarının təsdiq edilməsi haqqında” fərman imzalayıb. Sənəd noyabrın 19-da hüquqi informasiya portalında dərc olunub. Fərman qüvvəyə minib.

Yenilənmiş doktrina göstərir ki, nüvə zərbəsinin əsası “nüvə dövlətinin dəstəyi ilə hər hansı qeyri-nüvə dövlətinin Rusiya Federasiyasına və onun müttəfiqlərinə qarşı hücumu”, habelə, dronlar da daxil olmaqla, qeyri-nüvə vasitələri ilə kütləvi hava hücumu ola bilər. 

Yenilənmiş nüvə doktrinasına əsasən, nüvə silahından istifadə qərarı Rusiya Federasiyasının Prezidenti tərəfindən verilir.

Doktrinaya əsasən, hərbi bloka daxil olan hər hansı ölkənin Rusiya Federasiyasına qarşı təcavüzü bütün blokun təcavüzü kimi qiymətləndiriləcək.

Chosen
40
50
buta.media

10Sources