EN

Azərbaycan millisini inkişaf etdirmək üçün hansı addımlar atılmalıdır? - RƏY

"Azərbaycan futbolu elə durumdadır ki, millinin qısa müddətdə inkişafı mümkün deyil".

Bu sözləri tanınmış idman jurnalisti Natiq Muxtarlı Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, əgər futbolda islahat indi başlasa, yığma komanda 10-15 ildən sonra nəticə verəcək:

"Amma təəssüf ki, islahat haqda heç kim düşünmür. Hər kəs gözləyirdi ki, yeni AFFA rəhbərliyi problemlərdən xəbərdar olduğu üçün yubanmadan islahatlara başlayacaq. Ancaq görünən odur ki, Rövşən Nəcəfin də dəstəsini pul maraqlandırır. 

Onların planı belədir: Xaricdən bahalı şirkət çağırıblar. Guya Azərbaycanda futbolun inkişafı ilə bağlı strategiya yazacaqlar və sonra da hökumətə müraciət edib Dövlət Proqramı qəbul edilməsini istəyəcəklər. Bu proqrama görə milyonlar ayrılacaq və dəstə onu “yumağa” başlayacaq". 

362711

Ekspert qeyd edib ki, əslində Azərbaycanda futbolun inkişafı üçün nədən başlamağın lazım olduğu uşağa da bəllidir:

"Rövşən Nəcəfin əcnəbilərə milyonlar verib yazdırdığı bu strategiyanı 10 il əvvəl “Komanda” qəzetində dərc etmişik. Bunun üçün xaricdən şirkət dəvət etməyə ehtiyac yoxdur. Yəni məsələ bəllidir, indiki AFFA rəhbərliyi ya iş görmək istəmir, ya da iş görə bilmir. Ona görə də, millinin qısa vaxtda inkişafından danışmaq yersizdir".

Natiq Muxtarlı vurğulayıb ki, Azərbaycanda əvvəlcə aşağı yaş qrupları üzrə yığmalar uğur qazanmalıdır:

"Yəni istedadlı nəsil olmalıdır. O istedadlı nəsil əsas milliyə çatdıqda isə uğur olacaq. Bu gün U-19, U-21 rəqiblərinə bir qol da vurmadan böyük hesabla məğlub olur. Sabah əsas yığmada məhz o uşaqlar oynayacaq. Onlar necə uğur qazana bilərlər? Biz hər gün geçikirik. Gecikdiyimi hər gün də bizi dünya futbolundan aylarla geri salır. 

Görünən odur ki, Azərbaycanda futbolun inkişafını heç aidiyyəti qurumlar da istəmir. İstəsəydilər, Rövşən Nəcəf və komandası futbol təsərrüfatında olmazdı. Ona görə də boşuna ümid etməyək: Yığma komanda heç vaxt uğur qazanmayacaq. Yəni Azərbaycanda futbol olmayacaq".

Pərviz
 

Chosen
26
hit.az

1Sources