EN

Əhliman Əmiraslanov: "Onkoloji xəstələrin icbari tibbi sığortaya daxil olmaması anlaşılan deyil"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Onkoloji xəstələrin icbari tibbi sığortaya cəlb olunmaması qəbuledilməzdir".
APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasında 2025-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O bildirib ki, insanlar arasında ürək-damar patologiyasından sonra ən çox ölüm onkoloji xəstəliklərdən qeydə alınır:
"Onkoloji xidmətə ayrılan vəsait 50 milyon civarında qalıb. Hər gün bu xəstələrlə qarşılaşan bir insan kimi deyim ki, bu xəstələrin böyük qrupunu adekvat müalicə etməkdən məhrumuq. Onkoloji xəstələrin müalicəsinə çox vəsait tələb olunur. Razıyam. Amma ilk olaraq, bu xəstələrin müalicəsində istifadə olunan dərmanları icbari tibbi sığorta öz öhdəsinə götürməlidir, bu, ilk addım olmalıdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 5 ildir yaranıb, amma onkoloji xəstələrin icbari tibbi sığortaya cəlbi üçün addımlar atılmayıb, bu məsələ çox uzanır".
Chosen
13
oxu.az

1Sources